Qəbələdə peşə təhsilinə dair forum

07.06.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəbələ, 7 iyun, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsilində keyfiyyətin idarə olunmasına doğru: daxili keyfiyyət təminatının formalaşması” mövzusunda forum keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forum iştirakçıları əvvəlcə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan infoturda iştirak ediblər. İnfotur çərçivəsində qonaqlara Mərkəzdə tədris olunan ixtisaslar, təhsil prosesi və tələbələr üçün yaradılmış şərait barədə məlumat verilib. Onlar Mərkəzin infrastrukturu, maddi-texniki bazası, laboratoriya və emalatxanaları, eləcə də tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Həmçinin tələbələr üçün yaradılmış praktiki təlim və istehsalat təcrübəsi imkanları nümayiş etdirilib.

Qeyd olunub ki, müasir infrastrukturla təchiz olunmuş Mərkəzdə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları və iqtisadiyyatın digər sahələri üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Daha sonra forumda peşə təhsili müəssisələrində institusional idarəetmənin təkmilləşdirilməsi, daxili keyfiyyət təminatı sisteminin formalaşdırılması və keyfiyyət mədəniyyətinin təşviqi məsələləri müzakirə olunub.

İki panel müzakirəsindən ibarət olan forum çərçivəsində peşə təhsili və əmək bazarının əlaqələri, keyfiyyət təminatı sahəsində çağırışlar və yeni tendensiyalar, həmçinin peşə təhsili müəssisələrində daxili keyfiyyət təminatı sisteminin qurulması istiqamətində praktik addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müxbir - Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью