Qəbələdə qaldığı kirayə evin hovuzunda boğulub öldü FACİƏ | Icma.az
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bakupost.az xəbər verir ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynov hovuzda boğulub.Belə ki, ailəsi ilə Qəbələnin Vəndam qəsəbəsinə istirahətə gedən və kirayə evdə qalan Hüseyn ehtiyatsızlıqdan həyətdəki hovuza düşüb.
Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu