“Qəbələ”də qalmaq istəmədi, sabiq klubuna qayıtdı

10.07.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qəbələ”dən ayrılan Seydina Keyta karyerasını Latviyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Paneveys”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Keyta ötən mövsümdən “Qəbələ”də çıxış edirdi. “Qırmızı-qaralar” əvvəlcə oyunçunun anlaşmasını uzatsa da, daha sonra Keyta öz istəyi ilə komandanı tərk etmişdi.

Seneqallı futbolçu daha əvvəl 2022-2024-cü illərdə “Paneveys”də çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью