Qəbələdə qanunsuz tikinti işlərinin qarşısı alınıb AZƏRTAC

13.01.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qəbələ, 13 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən Qəbələ ərazisində özbaşına tikililərin qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, növbəti monitorinq zamanı rayonun Zarağan kəndi ərazisində magistral yol kənarında özbaşına qeyri-yaşayış obyektinin tikildiyi aşkarlanıb, söküntü işləri aparılaraq ərazi boşaldılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью