Qəbələdə sel: Bəzi həyətləri su basdı

28.06.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, günorta saatlarından başlayaraq leysan xarakterli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsində Qaraçaydan sel keçib.

Nəticədə kəndin mərkəzində çay kənarında yerləşən məscidin həyətinə, yeni tikilən yolun bir hissəsinə, eləcə də çay kənarında yerləşən bağ və digər ərazilərə selin gətirdiyi lil yığılıb. Sezar pizza

Sel yeni tikilən yolun bir hissəsini də tamamilə yararsız vəziyyətə salıb. Leysan yağışları ilə əlaqədar avtomobillərin hərəkətində çətinliklər yaranıb. Selin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью