Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30.07.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasına hazırlığı davam etdirən “Şamaxı” və “Sumqayıt” klubları yoxlama matçında üz-üzə gəliblər.

Futbolpress.az xəbər verir ki, Qəbələ şəhər stadionunun köməkçi meydançasında keçirilən qarşılaşma “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Sumqayıt” buna qədər keçirdiyi sınaq matçlarında “Qəbələ” (1:1) və “Kəpəz”lə (0:0) bərabərə qalmışdı. “Şamaxı” isə “Kəpəz”lə qolsuz heç-heçə edib, Qətərin “Əl-Xaritiyat” klubuna 3 cavabsız qolla qalib gəlmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью