futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qəbələ” İK baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, köməkçi məşqçi Georgi Çixradze ilə də yollar ayrılıb.
“Qəbələ” Misli Premyer Liqasında 3 turdan sonra 1 xalla 10-cudur.
Sxadadze 2024-cü ildən komandaya rəhbərlik edirdi.