“Qəbələ”də tarix yazan baş məşqçi üçüncü dəfə “Çernomorets”ə qayıtdı FOTO

15.01.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynanın “Çernomorets” futbol klubunun baş məşqçi postuna Roman Qriqorçuk gətirilib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qriqorçuk klubla 1+1 illik müqavilə imzalayıb.

Mütəxəssis ilk açıqlamasında bildirib ki, “Çernomorets” onun üçün xüsusi məna daşıyır:

“Bəli, 2010-cu ildə olduğu kimi indi də oxşar hisslər var. Əsas oxşarlıq ondadır ki, burada olmaqdan məmnunam. “Çernomorets” mənim həyatımda çox vacib yer tutur. Bu klubu sevirəm. Mənim bir arzum var - yenidən dolu stadion görmək, çempionatda yüksək yer tutmaq və avrokuboklarda çıxış hüququ qazanmaq. İstəyirəm ki, biz birlikdə yenə o atmosferi yaşayaq.”

Qeyd edək ki, Roman Qriqorçuk daha əvvəl də iki dəfə “Çernomorets”in baş məşqçisi olub – 2010-2014 və 2021-2024-cü illər aralığında.

Xatırladaq ki, Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”, 2024-cü ildə isə “Neftçi” komandasının sükanı arxasında olub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью