“Qəbələ”də transfer gündəmi: 2 si ayrıldı, 1 i icarəyə verildi

31.01.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью