Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Qəbələ rayonunun Vəndam qəsəbəsində qorxulu anlar yaşanıb. Kənd ərazisindəki elektrik transformatorunda güclü partlayış səsi ilə müşahidə olunan şiddətli yanğın baş verib.
KONKRET.az xəbər verir ki, qəfil partlayış səsi və ardınca qalxan qatı tüstü kənd sakinlərində ciddi təşviş yaradıb. Operativ müdaxilə sayəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddət ərzində söndürülüb.
Hadisə nəticəsində kəndin bir hissəsində işıqların verilişi dayanıb.
Qəzanın dəqiq başvermə səbəbləri araşdırılır.
Natiq Səlim,
KONKRET.az