Azertag saytına istinadən Icma.az xəbər verir.
Qəbələ, 15 oktyabr, AZƏRTAC
“Şəhərsalma və Memarlıq ili” çərcivəsində Qəbələdə mütəmadi ümumrayon iməciliyi keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, “Şəhərsalma və Memarlıq ili” çərcivəsində payız mövsümünə hazırlıqla bağlı növbəti ümumrayon iməciliyi keçirilib. İməcilik zamanı magistral yollar, prospekt və küçələr təmizlənərək yuyulub, ağaclar budanıb, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənərək daşınıb.
Ümumrayon iməciliyində rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisələrin kollektivləri, sahibkarlar və rayon könüllüləri iştirak ediblər.
Ümumrayon iməciliyinin növbəti həftələrdə də təşkili nəzərdə tutulur.
Müxbir - Rasim İslamoğlu