Qəbələdə “VAZ” qəzaya düşdü, sərnişin hadisə yerində öldü VİDEO

07.10.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 6-da axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi olub. Zərbənin təsirindən nəqliyyat vasitəsi yararsız hala düşüb, avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunu. Qəzalı maşın ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью