Qəbələdə vurulan qadın piyadalardan biri VƏFAT ETDİ

13.10.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi oktyabrın 11-də Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yolu keçən iki piyadanı avtomobil vurmuşdu. Hadisə zamanı xəsarət alan 29 yaşlı Günay Vahabzadə və 62 yaşlı Yaqut Bəkirova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, həkimlərin səyinə baxmayaraq 62 yaşlı Yaqut Bəkirova ötən gün xəstəxanada dünyasını dəyişib. 
Qeyd edək ki, qəzanı “Hyundai” markalı avtomobilin sürücüsü Rəşan Zeynalov törədib.
Faktla bağlı araşdırmalar davam edir. 
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью