Qəbələdə yanğın olub, xəsarət alan var

16.06.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəbələ rayonunun Mirzəbəyli kəndində yanğın olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью