Qəbələdə yanğın: Sakinlər təxliyə edildi

15.03.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbələ rayonunun Zarağan kəndində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.

"Unikal" xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью