Qəbələdə yol qəzasında sürücü ölüb, oğlu xəsarət alıb

31.08.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəbələdə ağır yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 34 yaşlı Polad Ağababayev xəsarət alıb, onun oğlu, 11 yaşlı Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью