Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qəbələ rayonunda yol-hərəkəti qaydalarını pozub, digər sürücülərin yolunu kəsən sürücünün görüntüsü yayılıb.
Bununla bağlı görüntüləri Avtosfer.az-a sürücülərdən biri göndərib. Sürücü iddia edir ki, Qəbələ–Zarağan yolunda 3 kilometr məsafədə yol verməyən 99-AH-778 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil sola manevr edərkən sola, sağa manevr edərkən isə sağa keçir və digər nəqliyyat vasitələrinin onu ötməsinə imkan vermir. Avtosfer.az xəbər verir ki, sürücü bu halın yol hərəkəti üçün təhlükəli vəziyyət yaratdığını bildirib.
Eltac Zülfiqaroğlu