Qəbələdə yolu keçmək istəyən piyadaları maşın vurub

11.10.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəbələ, 11 oktyabr, AZƏRTAC

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, Qəbələ şəhəri ərazisində yolu keçmək istəyən iki nəfəri sürücü Rəşan Zeynalovun idarə etdiyi “Hyundai”

markalı minik avtomobili vurub.

Hadisə zamanı xəsarət alan 29 yaşlı Günay Vahabzadə və 62 yaşlı Yaqut Bəkirova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью