Qəbələdə yorğa atların Respublika çempionatı keçirilib VİDEO | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. Qəbələdə yerli yorğa atların iştirakı ilə Respublika çempionatı təşkil olunub.
İdmanBiz "Shimal.News"a istinadən xəbər verir ki, yarışda Azərbaycanın müxtəlif bölgələrindən olan atçılar və atsevərlər iştirak ediblər.
Çempionat gərgin və həyəcanlı anlarla yadda qalıb. Qaçışların nəticələrinə əsasən, Maştağa (Bakı) təmsilçisi “Dül-Dül” ləqəbli at birinci ye
Tədbir yerli atçılıq ənənələrinin qorunması və bu sahəyə marağın artırılması məqsədilə təşkil olunub.
Qeyd edək ki, yorğa atlar qədimdən Azərbaycan atçılıq mədəniyyətinin ayrılmaz hissəsi sayılır.
Bu atlar özünəməxsus “yorğa yerişi” - yəni hamar, ritmik və sabit addımlama qabiliyyəti ilə fərqlənir.
Yorğa yerişi zamanı atın hərəkəti minici üçün sarsıntısız və rahat olur, bu da onları həm yarış, həm də uzun məsafəli gedişlər üçün ideal edir.
Azərbaycanın müxtəlif bölgələrində - xüsusilə Qəbələ, Şəki, Gəncə və Qarabağda - yorğa atların yetişdirilməsi qədim ənənələrə söykənir.
Tam oxu
Xəbəri oxu