Qəbələdə Zəfər Gününə həsr olunan tədbirdə qəhrəmanlıq tariximizdən danışılıb

07.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəbələ, 7 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Günü münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Zəfərdən doğan qürur” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatının sədri, şəhid atası, Vətən müharibəsinin iştirakçıları və qaziləri çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının birliyindən, Ordumuzun qəhrəmanlığından və şəhidlərimizin fədakarlığından danışıblar.

Vətən müharibəsi iştirakçıları və qazilər döyüş xatirələrini bölüşərək gənclərlə öz təcrübələrini bölüşüblər.

Tədbirin bədii hissəsində tələbələr vətənpərvərlik mövzusunda mahnılar ifa edib, şeirlər söyləyib, milli rəqslər və saz ifası təqdim ediblər. Həmçinin “Zəfərə gedən yol” adlı səhnəcik nümayiş olunub. Bədii kompozisiyalarda Qarabağın azadlığı, milli qürurumuz, qəhrəmanlıq tariximiz və Vətən sevgisi əksini tapıb.

Tələbələrin təqdim etdikləri bədii nümunələr Zəfər sevincini, şəhidlərin əziz xatirəsinə ehtiramı və qalib xalq olmağın qürurunu ifadə edib.

Tədbir Zəfər Gününün yaratdığı qürur və fəxarət hissləri, eləcə də qarşıdan gələn 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbriklərlə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью