“Qəbələ”dən 20:0lıq qələbə

21.11.2024

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

I Liqanın VIII turunun hazırlığını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” Ağcabədinin “Olimpiya” komandası ilə üz-üzə gəlib. Region Liqası təmsilçisi ilə matç Qəbələ şəhər stadionunda baş tutub.

Görüş Kaxaber Tsxadadzenin yetirmələrinin üstünlüyü ilə keçib. İlk 45 dəqiqədə doqquz qol vuran “Qəbələ” fasilədən sonra hesabı 20:0-a çatdırıb.

Komandanın heyətində Elşad Tağıyev 4, Rəvan Əsədov 3, Oçe Oçoveçi, Ruslan Voronsov və Prins Ovusu hərəyə 2 qola imza atıblar. Nugay Rəşidov, Nicat Əliyev, Şahin Şahniyarov, Murad Musayev, Vüqar Həsənov, Abdullahi Şuaybu və Samir Həsənov hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, sabah daha bir yoxlama oyunu keçirəcək “Qəbələ” “Zaqatala” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq. 

Əsas xəbərlər, Ümumi idman “Qəbələ”nin idmançısı MMA-da 6-cı qələbəsini qazandı

19 Noyabr 2024, 13:52

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycanın U-16 yığması Qəbələdə toplaşacaq

17 Noyabr 2024, 15:13

Əsas xəbərlər, Ölkə futbolu Qəbələdə heyətlər məlum oldu

16 Noyabr 2024, 16:57

Əsas xəbərlər, Ölkə futbolu Qəbələ şəhər stadionunda işlər yekunlaşdı

14 Noyabr 2024, 15:44

Əsas xəbərlər, Ölkə futbolu “Qəbələ”nin futbolçusu əməliyyat olundu

11 Noyabr 2024, 23:20

Əsas xəbərlər, Ölkə futbolu “Karvan”dan gözlənilməz xal itkisi

7 Noyabr 2024, 18:35

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью