“Qəbələ”dən 300 cü qələbə | Icma.az
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır. "Qəbələ" tarixində 300-cü qələbəsini qazanıb.
Sport24.az xəbər verir ki, bu, I Liqanın XXI turuna təsadüf edib.
"Qırmızı-qaralar" Qəbələ şəhər stadionunda "Difai"ni 4:0 hesabı ilə üstələyib. 300-cü qələbə 720-ci oyunda gerçəkləşib.
"Qəbələ" Premyer Liqada 203, Azərbaycan kubokunda 47, I Liqada 39, avrokuboklarda 11 dəfə qalib gəlib.
"Difai" üzərindəki qələbə evdə 170-ci uğur olub. Səfərdə 128 dəfə qalib gələn komandamız 2 dəfə də neytral meydanda sevinib.
Qeyd edək ki, "Qəbələ"nin ilk qələbəsi 2005-ci il sentyabrın 21-də I Liqanın "Şərur"la matçında rəsmiləşib – 8:0.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu