“Qəbələ”dən ayrılan hücumçu Ukrayna klubunda

12.05.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qəbələ”dən ayrılan Osama Xalaylanın yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı hücumçu Ukrayna təmsilçisi LNS-yə keçib. Bu barədə Çerkası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xalayla ilə 1 illik müqavilə imzalanıb.

İsrailli forvard “Qəbələ” ilə ötən mövsüm Premyer Liqada 33 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

LNS Ukrayna Premyer Liqasında mübarizə aparır. Komanda 4 turdan sonra 9 xalla 3-cü sıradadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью