Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Qəbələ” ilə yollarını ayıran Adriel Ba Luanın yeni komandası bəlli olub.
Futbolpress.az xəbər verir ki, kot-d’ivuarlı yarımmüdafiəçi karyerasını Cənubi Koreyada davam etdirəcək.
30 yaşlı futbolçu yerli Yüksək Liqa təmsilçisi “Qvanqju” ilə anlaşıb. Bu barədə Asiya klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Ba Lua 2025/26 mövsümündə “Qəbələ”nin şərəfini qoruyub.