Qəbələdən Əbu Dabiyə 24 dollara aviabilet təklif olunur

22.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcı "Wizz Air" Qəbələdən Əbu-Dabi şəhərinə aviabiletlərin qiymətini 24 dollara qədər endirib.

Oxu.Az xəbər verir ki, həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri - gerçəkləşdiriləcək reyslərə biletin qiyməti 23.99 ABŞ dollarına qədər endirilib.

Xatırladaq ki, iki ay öncə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı "Wizz Air Abu Dhabi"nin iyunun 19-dan etibarən Azərbaycanın Qəbələ şəhərindən Əbu-Dabiyə uçuşlar həyata keçirəcəyi barədə məlumat yayılmışdı. Həmin vaxt biletlərin qiymətinin 45.99 ABŞ dollarından başladığı, aviabiletlərin satışının wizzair.com və aviaşirkətin mobil tətbiqində açıq olduğu bildirilmişdi.

Aytac Qasımova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью