“Qəbələ”dən ikinci qələbə İdman və Biz

23.01.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qəbələ” növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, I Liqanın lideri mövsümün ikinci hissəsinə hazırlıq çərçivəsində “Qaradağ Lökbatan”la üz-üzə gəlib.

Bu, Kaxaber Tsxadadzenin qış fasiləsində ikinci matçı olub. Qarşılaşma Binə qəsəbə stadionunda baş tutub.

Hər hissədə bir qol vuran “qırmızı-qaralar” 2:0 hesablı qələbə qazanıb. İlk yarıda Elşad Tağıyev hesabı açıb. Fasilədən sonra Domi Massoumou fərqi artırıb – 2:0.
Qeyd edək ki, hazırlığa yanvarın 9-da start verən “Qəbələ” ilk yoxlama oyununda “Mingəçevir”ə 4:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью