Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Qəbələ”dən mövsümün ilk transferi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.
QOL.az xəbər verir ki, əyalət təmsilçisi kot-d`ivuarlı sol cinah müdafiəçisi Kouya Mabena ilə 1+1 illik müqavilə bağlayıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu son olaraq Maltanın “Floriana” klubunda çıxış edib.
O, buna qədər “Vesterlo” (Belçika), “UTA Arad” (Rumıniya), “Hapoel Hadera”, “Hapoel Rişon LeZion” (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.