“Qəbələ”dən növbəti qələbə

02.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Qəbələ” mövsümlərarası hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçını keçirib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi öz meydanında Qətərin “Əl-Xaraitiyat” komandasını qəbul edib. Qarşılaşma “qırmızı-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qəbələ”nin heyətində Nuğay Rəşidov və Antoni Xunpe fərqləniblər.

Qeyd edək ki, komanda bundan əvvəlki yoxlama oyunlarında “Kəpəz”ə qalib gəlmiş (2:1), “Sumqayıt” (1:1) və “Şəfa” (1:1) ilə heç-heçə etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью