Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il ölkə üzrə arıçılıq təsərrüfatlarının əksəriyyəti xəstəliklərdən əziyyət çəkmiş, xeyli arı ailələri məhv olmuş, istənilən miqdarda bal əldə edə bilməmişdilər.Bəs bu il vəziyyət necədir?
Arı ailələri qarşıdan gələn sərt qış aylarına necə hazırlanır?Bizim.Media-nın yerli bürosu Qəbələdə aqroturizmin əsas qolunu təşkil edən bu sahədə hansı işlərin görüldüyünü araşdırıb.Qəbələdə qış qapını döyür, havalar hər gün soyuyur, ağacların yarpaqları tökülür.
Rayonda qış hazırlıqları çoxdan başlayıb. Arı ailələrində ötənilki xəstəliklərdən sonra bu il rayon arıçıları işlərinə daha ciddi və məsuliy
Ölkəmizdə ilk arıçı qadınlardan olan Leyla Məmmədova təsərrüfatında Boz Qafqaz arılarına üstünlük verir.
O, təsərrüfatında heç zaman xaricdən gətirilən arılara yer verməyib.
Məhz bu səbəbdəndir ki, ötənilki xəstəliklər bu xanımın təsərrüfatına ciddi zərər vura bilməyib.
Leyla xanım bildirir ki, arıları ən çox məhv edən gənədir.O, bu məqsədlə 14 gündən bir gənəyə qarşı iki dəfə dərmanlama aparıb və müsbət nəticə əldə edib: “Arı ailələrinə qış yemləməsi - şərbət verəndə özümüzün yetişdirdiyi lavandadan daha çox bəhrələnirik.