Qəbələnin bir neçə kəndi sabah qazsız qalacaq

22.05.2025

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabah saat 10:00-dan etibarən Qəbələ rayonunun bir neçə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsi rayonun B.Əmili kəndində d-159 mm-lik orta təzyiqli yerüstü qaz xəttində aşkarlanmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar təmir işləri aparacaq.

Təmir işləri başa çatanadək Böyük Əmili, Kiçik Əmili, Zalam, Mamaylı, Ovculu, Bayramkoxa, Hacallı, Şamılı, Çuxur Qəbələ, Dizaxlı, Çarxana, Şəfili, Qaradeyin, Kürd, Savalan və Soltannuxa kəndlərində ümumilikdə 2 919 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan dərhal sonra bərpa ediləcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью