Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq. “Qəbələ”nin futbolçusu Şahin Şahniyarovun “Futbolpress.az“a müsahibəsi: – 8 oyun, 5
Nəticələri necə dəyərləndirirsiniz? – Əlbəttə, bizim üçün yaxşı nəticə deyil. İşin görünən tərəfi budur.
Məncə, oynadığımız oyunlarda yaxşı təsir bağışlamışıq və çox komandadan üstün olmuşuq. Bu, bizə ümid verir.
Oyunumuzu davam etdirib, səhvləri azaltsaq, daha yaxşı nəticələr olacaq.
– “İmişli” ilə 2:0 hesabıyla öndə olduğunuz matçda yekunda bərabərə qaldınız. Üstünlüyü qorumaq üçün nə çatmadı? – Oyuna yaxşı başlamışdıq.
Düşünürəm ki, diqqətsizlikdən yekun belə alındı. Həm də bir epizod var idi, rəqib oyunçuya qırmızı vərəqə verilsəydi, nəticə bu cür olmazdı.
Buraxdığımız birinci qoldan sonra özümüzə gəlməyə çalışdıq, amma xeyri olmadı. – Qarşıda “Neftçi” və “Sabah”la daha ağır oyunlar var.
Minimum xal hədəfi nədir? – Hər iki rəqib çempionatın ən yaxşı komandalarındandır. Lakin bizim üçün rəqibin kimliyi önəmli deyil.