“Qəbələ”nin futbolçusu “Zirə”nin TRANSFER HƏDƏFİNDƏ

09.06.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qəbələ”nin futbolçusu Eşqin Əhmədov karyerasını “Zirə”də davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, “qartallar” 20 yaşlı cinah müdafiəçisinin xidmətində maraqlıdır.
Yeni mövsüm üçün geniş heyət formalaşdırmaq istəyən baş məşqçi Rəşad Sadıqov futbolçunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, Əhmədov Azərbaycanın U-21 yığmasının da üzvüdür. O, başa çatan mövsümdə 34 oyuna çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью