Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Qəbələ”nin futbolçusu Eşqin Əhmədov karyerasını “Zirə”də davam etdirə bilər.
Futbolpress.az-ın məlumatına görə, “qartallar” 20 yaşlı cinah müdafiəçisinin xidmətində maraqlıdır. Yeni mövsüm üçün geniş heyət formalaşdırmaq istəyən baş məşqçi Rəşad Sadıqov Eşqinin oyununu bəyənir və onu sərəncamında görmək istəyir.
Əhmədov Azərbaycanın U-21 yığmasının da üzvüdür. O, başa çatan mövsümdə 34 oyuna çıxıb.
Şahin Cəfərov