“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik

28.09.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Qəbələ" futbol komandasının məşqçilər korpusunda iki yeni mütəxəssis fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, baş məşqçi Jeton Bekiriyə Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.

Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) də fəaliyyətlərini davam etdirəcəklər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью