“Qəbələ”nin növbəti sınağı

25.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

2026/27 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilə üz-üzə  gələcək.

“Qəbələ” şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da start götürəcək.

“Qəbələ” bundan əvvəl yoxlama matçında “Kəpəz”ə qalib gəlib (2:1), “Şamaxı”yla isə heç-heçə edib (1:1).

“Şəfa” isə bir sınaq matçı keçirib və “İmişli” ilə bərabərə qalıb – 2:2.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью