“Qəbələ”nin sınaq matçının tarixi məlum oldu

11.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Qəbələ” futbol klubu milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı sınaq matçına çıxacaq”.

Bu barədə bölgə təmsilçisinin sözçüsü Elnur Məmmədli məlumat verib.

“Komanda bu gündən məşqlərə başlayıb. Əvəzedici komanda ilə bir matç nəzərdə tutulub. Görüş noyabrın 14-də baş tutacaq. Oyun ehtiyat meydanda reallaşacaq”, - deyə o fanat.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, fasilədən sonra “Qəbələ” Misli Premyer Liqasında ilk oyununu noyabrın 21-də səfərdə “Şəfa” ilə keçirəcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью