“Qəbələ”nin yeni transferi Nigeriya millisində

12.08.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qəbələ”nin yeni transferi Salihu Nasiru Nigeriyanın U-20 milli komandasına dəvət alıb.

İdman.biz xəbər verir ki, bu barədə bölgə klubundan məlumat yayılıb.

Gənc futbolçu avqustun 18-də başlayacaq təlim-məşq toplanışında iştirak edəcək. Nigeriya sentyabrın 27-də Çilidə start götürəcək 20 yaşlılar arasında dünya çempionatının final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, 18 yaşlı Nasiru daha öncə Nigeriyanın U-20 millisinin heyətində 4 oyun keçirib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью