futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Aqil Nəsibovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmıdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Aqil son olaraq “Şəfa”da çıxış edib. O, “Qəbələ”nin yetirməsidir.
“Şahdağ Qusar” I Liqada mübarizə aparacaq. Çempionata sentyabrın 3-də start veriləcək. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv birinci turda sabah MOİK-lə üz-üzə gələcək.