Qəbələyə gedənlərə MÜHÜM XƏBƏR

12.05.2025

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Bu barədə Sitat..info ADY-yə istinadən xəbər verir.

"Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Qəbələdə əsrarəngiz təbiətlə görüş üçün www.ady.az saytı, “ADY Mobile” tətbiqi və ya kassalardan bilet almağa tələsin", - məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью