“Qəbələ”yə qarşı belə oyunumuz bizdə əlavə motivasiya yaratdı” | Icma.az
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
I Liqanın lideri “Şəfa” Azərbaycan Kubokunda mübarizəni 1/8 finalda dayandırıb. Bakı klubu bu raundda “Qəbələ” səddini aşa bilməyib – 1:2.
Komandanın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az“a açıqlamasında görüşü dəyərləndirdi: “Məqsədimiz qələbə qazanmaq və növbəti mərhələyə yüksəlmək idi.
Rəqibimiz “Qəbələ” çox intizamlı və strukturlu komandadır. Yaxşı oynadığımızı düşünürəm.
Müdafiədə etibarlı idik və çalışdıq ki, rəqibin gedişlərini bağlayaq.
“Qəbələ” kimi komandaya qarşı belə oyunumuz bizdə əlavə motivasiya yaratdı.
Erkən qol buraxsaq da, cavabımız gecikmədi və hesabı bərabərləşdirdik. İkinci hissədə rəqib sürətini artırdı və istədiyi qolu vurdu.
Oyunda I Liqa və Premyer Liqa arasındakı fərq də hiss olundu. Premyer Liqada temp daha fərqlidir.
Tam oxu
Xəbəri oxu