Qəbələyə qatarla getmək istəyənləri sevindirəcək xəbər

12.05.2025

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yay aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.

QSC-dən verilən məlumata görə, həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlarımız həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

"Qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Qəbələdə əsrarəngiz təbiətlə görüş üçün www.ady.az saytı, “ADY Mobile” tətbiqi və ya kassalardan bilet almağa tələsin",-deyə məlumatda qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью