Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir Komitə sədri

30.09.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı parlamentin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: "Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”.

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью