Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb

07.06.2025

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb.
Newscenter.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində qəbirləri talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.
Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Mehman Mehdiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью