Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə qəbiristanlıqlardan birindən görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, əcnəbi iki qadın Antalyanın Muratpaşa bölgəsindəki məzarlıqda qəbir daşlarının üzərində kart oynayaraq içki içib.
Onların qəbiristanlıqdakı bu hərəkəti və geyimləri qınağa səbəb olub.
Soaial şəbəkələrdə yayılan videodan sonra polis araşdırmalara başlayıb. Məlum olub ki, h'min qad;nlar E.S. və K.Y. adlı xarici vətəndaşlardır.
Onlar hazırda Türkiyədə deyil. Həmin qadınlar barəsində hüquqi proses başladılıb.