Qəbizlik, baş ağrıları, yorğunluq... Orqanizminizdə bu maddə çatışmır

16.11.2024

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vitamin və minerallar orqanizmin normal fəaliyyətində çox böyük rol oynayır. Bəzən məhz onların defisiti müxtəlif pozulmaların inkişafına səbəb olur.

Saglamolun.az orqanizmdə maqneziumun defisitinin simptomları haqqında məlumat təqdim edir. Maqneziumunun çatışmazlığı özünü bu kimi əlamətlərlə büruzə verir:

Şirin qidalara, şirniyyatlara meylliliyin artması Əzələlərdə ağrı, sıxılma və qıcolmalar Yuxunun pozulması, yuxusuzluq Gərginlik, əsəbilik, depressiya Qəbizlik Keçməyən yorğunluq Tez-tez təkrarlanan baş ağrıları Ürək ritminin pozulması, aritmiya

Sizdə bu simptomların əkəsriyyəti varsa, qanda maqneziumun səviyyəsini yoxlamaq lazımdır. Analizi həkim təyin edir. Analiz damardan səhər saatlarında acqarına verilir. Analizdən əvvəl siqaret çəkmək və idmanla məşğul olmaq olmaz.

Maqneziumun defisiti aşkar olunarsa həkim xəstəyə maqnezium preparatını təyin edə bilər. Həmçinin qidalanmada bu mineralla zəngin olan məhsulları  artırmaq lazımdır. Bu məhsullar arasında:

keşyu badam qoz araxis püstə balqabaq tumları qarabaşaq yulaf yarması darı yarması arpa yarması göyərti

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью