Icma.az, Saglamolun portalına istinadən məlumat yayır. Çərəzlər insan orqanizmi üçün olduqca faydalıdır.
Xüsusilə də badamın mütəmadi yeyilməsi sağlamlığa inanılmaz kömək edir.
Ailem.az badamın faydaları barədə məlumatlarını diqqətinizə çatdırır.
Ürək xəstəliyi riskini azaldır Qanda pis xolesterol səviyyəsinin yüksək olması ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir.
Hər gün təxminən 20 ədəd badam yemək pis xolesterolu müəyyən səviyyədə aşağı salır. Bu da ürək xəstəliyi riskini azaldır.
Arıqlamağa kömək edir Badam karbohidrat baxımından az, yağ və zülallar baxımından zəngin olması səbəbi ilə tox tutma özəlliyinə sahibdir.
Buna görə qan şəkərini normada saxlamaq, toxluq yaratmaq və qəbizliyin qarşısını almaq kimi təsirləri ilə çəki nəzarətinə kömək edir.
Qan şəkərini tənzimləyir Badamın tərkibində karbohidratın az, yağların çox olması səbəbi ilə toxluq müddətini uzadır.