Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qəbizlikdən əziyyət çəkən insanlar üçün qidalanmada lifə daha çox yer vermək faydalı ola bilər.
Redaktor.az xəbər verir ki, dietoloq Loren Manaker bağırsaq fəaliyyətini yaxşılaşdırmaq üçün liflə zəngin qidaların tədricən rasiona əlavə edilməsini və kifayət qədər su içilməsini tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, qida lifləri əsasən iki növə bölünür. Həll olmayan lif tam taxıllarda, qoz-fındıqda, meyvə və tərəvəzlərdə olur. Həll olan lif isə yulaf, paxlalılar, alma və sitrus meyvələrində daha çox rast gəlinir.
Manaker qeyd edib ki, lif və su birlikdə daha effektiv təsir göstərir. Lakin lif qəbulunu birdən-birə artırmaq şişkinlik, qaz və yüngül narahatlığa səbəb ola bilər.
Buna görə də dietoloq liflə zəngin qidaların rasiona tədricən əlavə edilməsini və gün ərzində kifayət qədər su qəbulunu tövsiyə edib.
Aytəkin TOFİQQIZI