Qəbizliyi aradan qaldırmaq üçün ən yaxşı təbii RESEPT

23.10.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Qəbizlikdən əziyyət çəkirsinizsə, dərmansız, tamamilə təbii qarışım bu problemi qısa zamanda yüngülləşdirə bilər.

Milli.Az təbii qəbizlik əleyhinə resepti sizə təqdim edir:

Tərkibi:

Quru ərik - 5 ədəd

Gavalı (quru) - 5 ədəd

Kətan toxumu - 1 xörək qaşığı

Bal - 1 çay qaşığı

İlıq su - 1 stəkan

Hazırlanması:

Quru ərik və gavalını xırda doğrayın.

Onların üzərinə 1 stəkan ilıq su əlavə edib 2-3 saat saxlayın (istəsəniz gecədən səhərə qədər).

Səhər bu qarışığı blenderdən keçirin.

Kətan toxumu və bal əlavə edib qarışdırın.

İstifadə qaydası:
Səhər acqarına 1-2 xörək qaşığı qəbul edin. Gündə 1 dəfə kifayətdir.

Əlavə məsləhətlər:

Gündə 2-2,5 litr su için.

Səhərlər limonlu ilıq su içmək bağırsaqları oyadır.

Rasiona liflə zəngin qidalar (yulaf, kəpək, tərəvəz, alma, çia toxumu) əlavə edin.

Hər gün az da olsa hərəkət edin - gəzinti belə bağırsaq fəaliyyətini artırır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью