Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir

09.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində bildirib.

O vurğulayıb ki, Suriyada ÜST qrupları tibbi xidmətlərin davamlılığını təmin etmək üçün işləyirlər.

"Biz tibbi xidmətlərə ehtiyacı olan Suriya əhalisinə dəstək olmağa sadiqik. Donorları təcili şəkildə ÜST və onun tərəfdaşlarına dəstək olmağa çağırırıq", - Qebreyesus qeyd edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью