Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ali və orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerləri üzrə keçirilən müsabiqənin nəticələri açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, müsabiqədə iştirak etmək üçün ümumilikdə 18 086 nəfər ixtisas seçimi edib.
Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan 1 760 plan yerinə 390 nəfər, o cümlədən 167 subbakalavr qəbul olunub. Tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16 244 nəfər qəbul alıb. Toyuqlu pizza
Orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə 18 475 plan yerindən 16 244-ü dolub. Beləliklə, plan yerlərinin 87,92 faizi tutulub, 2 231 yer (12,08 faiz) isə boş qalıb.
Qəbul olunanlar müsabiqənin nəticələri barədə məlumatı Dövlət İmtahan Mərkəzinin internet saytından, həmçinin “Azercell”, “Bakcell” və “Nar” mobil nömrələrindən “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı sentyabrın 4-də günün ikinci yarısında “Abituriyent” jurnalının 8-ci və 9-cu saylarında elektron formatda (PDF) təqdim olunacaq. Ali təhsil müəssisələrinin vakant yerlərinə qəbul olanların siyahısı jurnalın 8-ci sayında, orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə 9-cu sayında dərc ediləcək.
Qəbul olunan şəxslərin qeydiyyatı yalnız my.gov.az portalı üz